آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

ETTELAAT milli hərəkatçılara qarşı repressiyaları gücləndirib

ETTELAAT milli hərəkatçılara qarşı repressiyaları gücləndirib

 

Bir neçə günlük nisbi sakitlikdən sonra yola salmaq üzrə olduğumuz həftə Güney Azərbaycanda vəziyyət yenidən gərginləşib. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlının "Alma"ya verdiyi məlumata görə, rejim qüvvələri tələbə hərəkatının fəal üzvlərinə qarşı amansız basqılara başlayıb: "ETTELAAT qüvvələri Təbrizdə tələbə hərəkatının tanınmış üzvlərinin evlərinə basqın edərək, onları həbs edib. Həbslər zamanı rejim qüvvələri görünməmiş amansızlıqlara yol veriblər. ETTELAAT qüvvələri fəalların evlərini, şəxsi əşyalarını dağıtmaqla yanaşı, onların ailə üzvlərinə də təzyiqlər ediblər. Həbs edilmiş hərəkatçılar arasında Aydın Xaveyi, Fərəc Zöhrab, Elçin Hatəmi kimi tanınmış simalar da var. Bu şəxslərin hər biri milli hərəkatın təşəkkül tapmasında böyük xidmət göstəriblər. ETTELAAT qüvvələri həbs edilənləri naməlum istiqamətə aparıb və hələlik onların harda saxlandıqları barədə məlumat əldə etmək mümkün olmayıb".

   A. Qaradağlının bildirdiyinə görə, Təbriz və Urmiyada bir sıra hərəkatçılara hökm oxunub. Hərəkatçıların əksəriyyəti bir il müddətinə azadlıqdan məhrum edilib. Rejim məhkəmələri onları pantürkist ideyaları yaymaqda günahlandırıb. Qoşaçayda və Sulduzda da hərəkatçılara qarşı basqılar olub.

Qaynq:Alma qazetesi

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد