آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

“EDAM CƏZASININ VERİLMƏSİNDƏ ƏSAS SÖZ SAHİBİ HAKİMLƏRDİR”

“EDAM CƏZASININ VERİLMƏSİNDƏ ƏSAS SÖZ SAHİBİ HAKİMLƏRDİR”

 

AZərbaycan Öyrənci Hərəkatı:  Ağrı Qaradağlı: “Hakim deyir ki, mən edam hökmünü verirəm, əgər məhbus günahsızdırsa, cənnətə düşəcək”

Beynəlxalq təşkilatların çağırışlarına və tələblərinə baxmayaraq, İran rəhbərliyi ölkədə ölüm hökmünü qüvvədə saxlamaqda davam edir. Srağagün Tehranın Evin həbsxanasında qətldə, narkotik alverində və digər cinayətlərdə ittiham olunan 29 nəfərin edam olunması dünyanı yenidən silkələdi ...

 

Rəsmi məlumatlara görə, edam olunanlar arasında zorakılıq, silahlı basqın və oğurluqda ittiham olunanlar da var. Ölkənin ali məhkəməsi ölüm hökmü haqqında qərar çıxardıqdan sonra edam cəzası iki gün öncə səhər dan yeri söküləndə həyata keçirilib. Qeyd edək ki, ölüm hökmü verilərək edam olunanların sayına görə İran dünyada irəlidə gedən ölkələrdən biridir. Hazırda ölkədə ölüm hökmünün icrasını gözləyən bir neçə qadın var ki, onlarla bağlı bəzi beynəlxalq təşkilatlar rəsmi Tehrana davamlı müraciətlər ediblər. Zinada ittiham olunan qadınları daş-qalaq edilməklə öldürülmək cəzası gözləyir. Xatırladaq ki, beynəlxalq insan haqları təşkilatlarının İrandan daha bir tələbi daş-qalaq edilməklə edam cəzasının tətbiqini dayandırmaq olub.

Qeyd edək ki, Evin həbsxanası İranda ən dəhşətli məkan kimi tanınır. Belə ki, məhbuslar bəzən burda işgəncələr altında saxlanmaqdansa, elə edam cəzasını daha üstün sayırlar. Bu həbsxanada azərbaycanlıların, o cümlədən güneyli hərəkatçıların da cəza çəkdiyini bildiyimizdən edam olunanlar arasında azərbaycanlıların olub-olmadığı haqda məlumat öyrənməyə cəhd göstərdik. GAMOH-un Quzey Azərbaycan bürosunun rəhbəri Ağrı Qaradağlı bildirdi ki, hələlik bu barədə dəqiq məlumatı yoxdur: “Edam olunanların şəxsiyyəti barədə rəsmi açıqlama verilməyib. Amma hərəkatçıların olması barədə bu günədək məlumatımız yoxdur”.
Ölüm hökmləri barədə danışarkən A.Qaradağlı dedi ki, ağır cəza qərarının verilməsində əsas söz sahibi hakimlər olur: “Hakim hətta iki qram narkotik üstündə də asılma cəzası kəsə bilər. Bundan əlavə, hakim narkotika, əxlaqsızlıq məsələlərində ən sərt qərar verməkdə sərbəstdir. Oğurluq, quldurluq, xuliqanlıq halları birinci, ya ikinci dəfə baş verəndə yüngül cəza verildiyi halda, sonrakı hallarda bu təkrarlandıqda edam cəzası kəsilir”. A.Qaradağlı dedi ki, ağır cəzalar ölkə konstitusiyasına görə yox, dini qaydalara görə verilir: “Amma dində belə bir qayda var ki, Allahın verdiyi canı Allahdan başqa heç kəs ala bilməz”.

Həmsöhbətimiz iranlı hakimlərin edam cəzalarına bəraət qazandırdıqlarını da vurğuladı: “Hakim deyir ki, mən edam hökmünü verirəm, əgər məhbus günahsızdırsa, cənnətə düşəcək”.(musavat)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد