آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

"TÜRK AVİASİYASİ QƏNDİL DAĞLARINI YENƏ BOMBALADI "

"TÜRK AVİASİYASİ QƏNDİL DAĞLARINI YENƏ BOMBALADI "

 

AZərbaycan Öyrənci Hərəkatı: Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının Şimali İraqdakı mövqelərinə daha bir zərbə endirib. Türkiyə mətbuatının xəbərlərinə görə, bu barədə əvvəlcə Kürdüstan Yurdsevərlər Birliyinin internet saytında məlumat verilib ...

 Bildirilir ki, dünən Türkiyə Hərbi Hava Qüvvələrinə aid 6 hərbi təyyarə Qəndil dağını bombalayıb. Əməliyyat dünən yerli vaxtla saat 11 radələrində başlayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da məsələ ilə bağlı açıqlama yayıb.. Açıqlamada bildirilir ki, Şimali İraqdakı Qəndil bölgəsində PKK terror təşkilatının sığınacaq kimi istifadə etdiyi mağara və 30-40 terrorçunun yeri kəşfiyyat məlumatları əsasında təsbit edilib. Türkiyə Hərbi Hava Qüvvələrinə aid təyyarələr həmin mağaranı bombalayıb. Nəticədə mağara tamamilə məhv edilib, terrorçuların əksəriyyəti öldürülüb. Bundan başqa, Zap bölgəsində terrorçulara məxsus daha bir obyekt sıradan çıxarılıb. Əməliyyatda iştirak edən təyyarələr sağ-salamat bazalarına dönüblər. Xatırladaq ki, bu, Türkiyə hərbi hava qüvvələrinin son günlər İraqın şimalında keçirdiyi üçüncü reyddir. İki gün əvvəl də Qəndil dağlarındakı PKK hədəfləri bombalanıb, ondan əvvəl isə Zap bölgəsinə güclü hava zərbələri endirilib.(musavat)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد