آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

GÜNEYLİLƏR HAKİMİYYƏTƏ XƏBƏRDARLIQ ETDİ

GÜNEYLİLƏR HAKİMİYYƏTƏ XƏBƏRDARLIQ ETDİ

Sulduzda hərəkatçılara dəstək mitinqi keçirildi

 Güneydə yerləşən Azərbaycan Öyrənci Hərəkatından aldığımız xəbərə görə, həbs edilənlər barədə şikayətçi olmadığı halda hakim evlərdə axtarış aparılarkən tapılan bəzi əşyaları əsas gətirib hərəkatçıları xariclə əlaqədə və ara qarışdırmaqda ittiham edib. 20 dəqiqəlik məhkəmənin sonunda hakim qanunsuz olaraq həmvətənlərimiz barəsində istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbirinin çıxarılmasına qərar verib.

Həbs olunanlar Səccad Radmehr (26 yaşlı tələbə), Fərac Zöhtab (23 yaşlı tələbə), Daryuş Hatəmi (29 yaşlı zabit), Şahrux Hatəmi (27 yaşlı tələbə) və Aydın Xaceyidir (23 yaşlı tələbə). Məlumata görə, onların harada saxlandığı və sağlamlıq durumundan xəbər yoxdur.

Bu arada Sulduzda milli hərəkatçıların azadlığı buraxılması tələbilə minlərlə insanın iştirakı ilə mitinq keçirib. Yeddigöz bölgəsində keçirilən aksiyada “Yaşasın Azərbaycan!”, “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndirilib. Güneylilər aksiyaların davamlı şəkil alacağı barədə hakimiyyəti xəbərdar ediblər.

Xarici ölkələrdə isə Güney Azərbaycan problemlərini dünyaya çatdırmaq məqsədilə keçiriləcək silsilə tədbirlərə start verilib. Bu qəbildən ilk tədbir İsveçrədə yaşayan soydaşlarımızın təşkilatçılığı ilə Sürix şəhərində baş tutub. “Olaylar”ın xəbərinə görə, şəhərin mərkəzi küçəsində çadır qurulub və tədbir təşkilatçıları olan bu ölkədə yaşayan soydaşlarımız Güney Azərbaycanın problemlərini əks etdirən broşurlar, həbs edilən milli fəalların işgəncələrə məruz qaldığını göstərən fotoşəkilləri paylayıb. Çadırdakı sərgi ilə tanış olanlar arasında isveçrəlilərlə yanaşı ABŞ, Kanada, Yaponiya, Çin vətəndaşları da olub. Tədbir iştirakçıları azərbaycanlıların İran adlanan ölkədə nəinki hüquqlarının pozulmasından, hətta həmin ölkədə yaşamalarından xəbərsiz olduqlarını bildiriblər. Sürixdə analoji tədbirin avqustun 2-də də keçiriləcəyi bildirilir.

Cavid TURAN

www.musavat.com

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد