آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

Ən böyük oğru - ETTELAAT!

Ən böyük oğru - ETTELAAT!

 

İran xüsusi xidmət orqanları Güneydə onlarla tələbəni oğurlayaraq naməlum istiqamətə aparıb

Yola salmaq üzrə olduğumuz həftədə Güney Azərbaycanda milli hərəkatçılara qarşı təqiblər yenidən şiddətlənib. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlının "Alma"ya verdiyi məlumata görə ,rejim qüvvələrinin xüsusən tələbələrə qarşı basqıları daha da güclənib: "Keçən həftə həbs olunan tələbələrin yaxınlarına qarşı təqiblər olub.

Həbs olunanların tələbə olan digər yaxınları da ETTELAAT qüvvələrinin təzyiqlərinə tuş gəlib. Həbs edilmiş Elçin Hatəminin Türkiyədə təhsil alan qardaşı Şahrux Hatəmi Təbrizə qayıdıb və qardaşının taleyi ilə maraqlanmaq istəyib. Amma rejim qüvvələri onu da oğurlayaraq naməlum istiqamətə aparıblar. Səccad Razimehirin bacısi İlahə Racimehrini də Urmiya şəhərində bir neçə dəfə inzibati komitəyə çağırıb dindirəndən sonra həbs ediblər.. Yeni həbs olunanlarla bərabər, ötən həftə saxlanılanların da harada olduqları barədə məlumat əldə etmək mümkün olmayıb. Ancaq Əccad Razimehri evlərinə zəng edərək Təbriz ETTELAAT-ında olduğunu deyə bilib. Bundan sonra telefon bağlantısı kəsilib. Rəşt şəhərində təhsil alan ərdəbilli tələbə Vedut Əsədi də öz evində həbs olunub. Xatırladıram ki, iki həftə öncə bu milli hərəkatçının toyu olub və toy tortunun üstündə Azərbaycan bayrağı həkk edilib. Həyat yoldaşının verdiyi məlumata görə, rejim qüvvələri məhz bu məqamı əsas gətirərək onu həbsə alıblar".

   Ağrı bəyin sözlərinə görə, Marağa şəhərində də 5 nəfər milli hərəkatçı İnqilab Məhkəməsinə çağrılıb: "Məhkəməyə çağrılan Yaşar Həkkatpur, Davud Əzimzadə, Hamid Yeqanipur, Məcid Pejotpan və Əlirza Həqqinin hüquqlarını qorumağı vəkil Məhəmmədrza Fəqihi öz üzərinə götürüb. Bu şəxslər əvvəllər türküçülük fəaliyyəti göstərməkdə ittiham olunaraq dəfələrlə həbs ediliblər və girov müqabilində azadlığa çıxıblar. Sonuncu dəfə bu hərəkatçılar Təbriz ETTELAAT-ında 55 gün qanunsuz saxlandıqdan sonra 35 min dollar müqabilində azadlığa çıxmışdılar.

   Aldığımız son məlumata görə, Təbrizin Səhənd Universitetinin iki tələbəsi - Peyman Qulami və Əli Abdullahi də rejim qüvvələri tərəfindən həbs edilib. Bu tələbələr fevral ayında universitetdəki aclıq aksiyasında fəal iştirak etmişdilər. Görünür, onların bu fəallığı ETTELAAT qüvvələrinin xoşuna gəlməyib və tələbələri cəzalandırmağa qərar veriblər. Hazırda onların harada saxlandığı məlum deyil".

almaqezeti

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد